Lukaşenko Yeni il öncəsi 20-dən çox adamı əfv edibbackend

Yeni il ərəfəsində Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlərdə təqsirli bilinənlər də daxil olmaqla 22 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.

Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Əfv olunanlar arasında 15 qadın və 7 kişi var ki, onlardan 11-nin azyaşlı uşağı var”, – sənəddə deyilir.

Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, əfv olunan şəxslərin hamısı əvvəllər Lukaşenkoya öz təqsirlərini etiraf edərək və əməllərinə görə peşman olduqlarını bildirərək əfv üçün müraciət ediblər.