Belarus prezidenti Aleksandr Lukaşenkoya tezliklə doğacağı gözlənilən inək hədiyyə edilib.
Bu barədə BelTA xəbər agentliyi Telegram-da məlumat verib.
Lukaşenko prezident fermasında inəyə “yaxşı baxılacağına” söz verib.
O, həmçinin heyvan ölümləri problemindən də bəhs edib.
“Heyvanlar öləndə buna dözə bilmirəm. Xüsusilə də buzov. Mən kənddə böyümüşəm. Evdə qoyunlarım və keçilərim var”, – deyə Belarus lideri bildirib.














