Braziliya və Çinin Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri tərəflər arasında dialoqun əsasını qoyacaq.
TASS xəbər verir ki, bunu Braziliya prezidenti Luis İnasiu Lula da Silva deyib.
“Braziliya və Çin arasında Ukrayna böhranının siyasi həllinə yönəlmiş ümumi razılaşmalar Avropaya sülhü qaytaracaq hərtərəfli dialoq üçün zəmin yaradır.
Lula da Silva daha əvvəl Ukraynada münaqişənin qızışdırılmasını “dəlilik” adlandırmışdı. O, dünyanın “təhsil, səhiyyə və aclar üçün qidaya xərclənməsi” lazım olduğu zaman trilyonlarla dolların silaha xərcləndiyini söylədi.