Lunyov “Qarabağ”da nə qədər qazanacaq?backend

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sport24.ru xəbər verir ki, “atlılar” rusiyalı qolkiper Andrey Lunyovla razılaşıblar. 31 yaşlı qapıçı artıq Bakıdadır və tibbi müayinədən keçdikdən sonra klubla 2 illik müqavilə imzalayacaq.

Lunyov “Qarabağ”da mövsümə 200 min avro maaş alacaq.

Qolkiper karyerası ərzində “Torpedo”, “İstra”, “Ufa”, “Bayer” və “Zenit”də forma geyinib.