“Luxury Society” layihəsi start götürdübackend

“Trend of the Year”, “Caspian Awards”, “Gənclik Ödülləri Azərbaycan” lahiyələrinin rəhbəri Tural Ələkbərov 2021-ci ilin ən reytinqli yeni lahiyəsinin start götürdüyünü bildirib. “Luxury Society” adlanacaq bu proyektin artıq sosial media üzərindən paylaşımları başlayıb.

AMVPRESS.AZ xəbər verir ki, lahiyənin direktoru İlmirzə Ağabəyovdan aldığımız məlumata görə lahiyədə iştirak etmək istəyənlər onlayn olaraq qeydiyyatdan keçməyə başlayıblar.

Öz işində seçilən, fərqlənən və sənətinə vurğun olan insanlar bu lahiyədə iştirak edə biləcəklər. “Luxury Society”-nin əsas məqsədi şəxsi brendlərin və ya şirkətlərin tanıtımını həyata keçirmək və gələcəkdə daha böyük bir əhatə əldə etmələri üçün sahibkarları motivasiya etməkdir. Düşünürəm ki, artıq insalar və şirkətlər öz tanıtımlarını işinin peşəkarlarına həvalə edəcəklər – deyə İlmirzə Ağabəyov qeyd edib.

İctimai.az