m10-un “BakıKart” bölməsində problem yaranıb – Rəsmi AÇIQLAMA

“m10” elektron pulqabının “BakıKart bileti” bölməsində problem yaranıb. Bu barədə redaksiyamıza vətəndaşlar müraciət ediblər. Onlar tətbiq üzərindən bilet almaqda çətinlik yaşadıqlarını bildiriblər.

Məsələ ilə bağlı pulqabının məxsus olduğu “PashaPay” şirkətinin PR meneceri Aygün Əliyeva bildirib ki, sözügedən müvəqqəti çətinlik mövcuddur və həlli istiqamətində addım atılır:

“Təkmilləşdirmə işləri aparılır, çox tezliklə çətinlik aradan qaldırılacaq. Ümumən az insanda bu problem müşahidə edilib”.

Oxşar xəbərlər