“Maarifləndirmə işi aparılmalıdır ki, nağdsız ödənişlərə üstünlük versinlər”: Naqif Həmzəyevbackend

“Pandemiya dövründə təhsil sistemimizdə müəyyən problemlərlə qarşılaşmışıq”.

İctimai.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Naqif Həmzəyev deyib.

O bildirib ki, bəzi universitetlər bu gün distant təhsil sistemini qura bilməyib: “Bu müddət ərzində çalışmalıyıq ki, universitetlərimizdə distant təhsil sistemini qura bilək. Qanunvericiliyə də bununla bağlı müvafiq dəyişiklik edilsin. Ümumilikdə, çalışmalıyıq ki, gələcəkdə belə problemlə qarşılaşanda təhsildə qətiyyən yubanma məsələsi olmasın. Bundan başqa, son vaxtlar koronavirusa yoluxanların sayında artım baş verir. Bunun bir səbəbi də nağdsız ödənişlər problemidir. Bankların qarşısında çoxlu adam yığılır. Bu məsələ ilə bağlı da çox ciddi qərarlar qəbul edilməlidir. Əhali arasında maarifləndirmə işi aparılmalıdır ki, nağdsız ödənişlərə üstünlük versinlər”.

İctimai.az