Macarıstan AB sammitinin yekun bəyanatını Ukraynaya görə dəstəkləmədibackend

Macarıstan Avropa İttifaqının fövqəladə sammitinin Ukrayna münaqişəsi ilə bağlı yekun bəyanatını dəstəkləməyən yeganə ölkə olub.

RİA Novosti xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

“26 ölkə müharibənin davam etdirilməsindən bəhs edən sənəd qəbul edib. Macarıstan bunu dəstəkləmədi, çünki bu, bizim sülhyönümlü mövqeyimizə tamamilə ziddir”.

Orban onu da bildirib ki, təcrid olunan Macarıstan deyil, ABŞ, Çin və Rusiyadan uzaqlaşan Avropa İttifaqıdır.