Macarıstanın baş naziri Viktor Orban Antifa hərəkatının terror təşkilatı kimi tanınmasına təşəbbüs göstərmək niyyətindədir. Hökumət başçısı planlarını Kossuth Radiosunda açıqladı.
Orban qeyd edib ki, ABŞ hökumətinin Antifa-nı terror təşkilatı kimi tanımasından məmnundur.
“Mən burada, Macarıstanda da eyni təşəbbüslə çıxış edirəm. Antifa həqiqətən terror təşkilatıdır. Ona görə də mən hesab edirəm ki, Macarıstanda Amerika modelinə uyğun olaraq Antifa kimi təşkilatları terror təşkilatları kimi təsnif etməyin vaxtı çatıb”, – baş nazir bildirib.