Macarıstan Avropa Birliyini (AB) ABŞ-dan nümunə götürməyə və Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti olaraq yumşaltmağa çağırır.
Macarıstanın xarici işlər naziri Peter Sijjarto bu barədə Facebook-da məlumat verib
Diplomat qeyd edib ki, “həll yolu amerikalıların etdiyi şeydir: biz [Ukrayna lideri Vladimir] Zelenskinin melodiyasına rəqs etməməliyik. Rusiya neftinə qarşı sanksiyalar ləğv edilməli və Rusiya enerji məhsullarının Avropa bazarına qayıtmasına icazə verilməlidir”.















