Macarıstan Aİ-yə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək şərti qoyubbackend

Macarıstan Aİ xarici işlər nazirlərinin görüşlərində Kiyev “Drujba” boru kəmərini işə salana qədər Rusiyaya qarşı 20-ci sanksiya paketini və Ukraynaya 90 milyard avroluq krediti dəstəkləməyəcəyini elan etmək niyyətindədir.

Macarıstan xarici işlər naziri Peter Sijyarto bu barədə Facebook-da məlumat verib.

Sijyarto qeyd edib ki, “20-ci sanksiya paketi və 90 milyard avroluq kredit yalnız ukraynalılar neft tədarükünü bərpa etdikdə və bir daha onları dayandırmayacaqlarına zəmanət verdikdə gündəmə daxil edilə bilər”.

Macarıstan naziri əlavə edib ki, Ukraynanın Aİ-yə daxil olmasına gəldikdə isə, bu, “söhbət gedə bilməz”.