Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumatına görə, Macarıstan Avropa Birliyinin Ədalət Məhkəməsində Rusiyadan enerji təchizatına qoyulan qadağaya qarşı iddia qaldırıb.
O bildirib ki, Avropa Birliyi Şurasının Rusiya enerji təchizatına qoyulan qadağa qərarı qüvvəyə minib, ona görə də Budapeşt planlaşdırıldığı kimi dərhal onun ləğvi tələbi ilə iddia qaldırıb.
“Bu iddiaya baxılmalıdır”, – nazir bildirib.














