Macarıstan məcburi hərbi çağırışa görə məsuliyyət daşıdığı üç Ukrayna hərbi liderinə qarşı sanksiyalar tətbiq edib.
TASS xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto mətbuat konfransı zamanı bildirib.
“Biz bu siyahıya Ukrayna Quru Qoşunlarının Qərargah rəisini, Qərb Əməliyyat Komandanlığı komandanı və Ukrayna Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsinin rəisini daxil etməyi təklif etmişik. Bu baş verənə qədər biz bu gün həmin şəxslərin Macarıstana girişini qadağan etmək üçün tədbirlər görmüşük”, – o deyib.