Macarıstan Brüsselin hərbi planlarına etiraz edibbackend

Macarıstanın baş naziri Viktor Orban ölkədə Avropa İttifaqı liderlərinin hərbi planlarına qarşı imza kampaniyası elan edib. Siyasətçi bunu öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Macarıstanı “isti payız” gözləyir, Avropa isə sürətlə müharibəyə yaxınlaşır. Bu, Orbanın oktyabrın əvvəlində Kopenhagendə keçirilən qeyri-rəsmi sammitdə Avropa liderlərinin təqdim etdiyi Brüsselin hərbi planına dair şərhi olub. Bu plana əsasən, Avropa Ukraynanın silah pulunu ödəyəcək, ukraynalılar isə Rusiyanı “tükəndirmək” üçün mübarizəni davam etdirirlər.

Orban Macarıstanın bunu istəmədiyini və buna görə də Avropa İttifaqının ona qarşı qarayaxma kampaniyasına başladığını vurğulayıb.

“Arsenal genişdir: casusluq ittihamları, saxta xəbər qalmaqalları və hüquqi manipulyasiyalar”, – baş nazir qeyd edib.