Macarıstan bu ölkəyə rekord həcmdə Rusiya qazı tədarük etdiyini açıqlayıbbackend

Ötən 2024-cü ildə Macarıstan Rusiyadan rekord həddə – 7,6 milyard kubmetr qaz alıb.

Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijarto Facebook-da yayımladığı videomüraciətində bildirib.

“Ötən il “Türk axını” ilə Macarıstana 7,6 milyard kubmetr qaz daxil olub ki, bu da mütləq rekorddur. “Bu, bizə Macarıstanın hər zaman kifayət qədər qazla təmin olunacağına zəmanət verməyə imkan verdi” o bildirib.

Szijyarto qeyd edib ki, tədarükün həcmi Macarıstana Avropada ən əlverişli qaz qiymətlərindən birini saxlamağa imkan verib.