Macarıstan avropalı vergi ödəyicilərinin pullarını Ukrayna mafiyasını maliyyələşdirməyə yönəldən Avropa Komissiyası (AK) daxilində hökm sürən “dəlilik”ə son qoymaq niyyətindədir.
Bunu Macarıstanın xarici işlər naziri Péter Szijyarto özünün Facebook səhifəsində yerləşdirdiyi videomüraciətdə bildirib.
Onun sözlərinə görə, çılğınlıq ondadır ki, Kiyevdəki korrupsiya qalmaqalına baxmayaraq, AK prezidenti Ursula fon der Leyen Ukraynaya avropalı vergi ödəyicilərindən yığılan əlavə 100 milyard avronun ayrılmasına sadiq qalır.
“Bu gün biz bu çılğınlığı dayandırmaq üçün Brüsselə gedəcəyik. Macarıstan xalqının pulu Ukraynaya hərbi mafiyanı maliyyələşdirmək üçün gedə bilməz”, – o deyib.














