Macarıstanın dövlət başçısı Tamas Szuyok vəzifəsinin ilk günündə İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasını imzalayıb.
RİA Novosti xəbər verir ki, bu barədə Macarıstan prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.
“Respublika Prezidenti Tamas Szyuyok bu gün İsveçin NATO-ya daxil olması ilə bağlı 26 fevral 2024-cü il tarixli parlament qərarını imzalayıb”, – Macarıstan dövlət başçısının mətbuat xidməti bildirib.
Bundan əvvəl məlumat verilmişdi ki, Macarıstan parlamentinin sədri Laslo Kever İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən sənədi imzalayıb.