Macarıstan “Lukoyl”un aktivlərini almaqda maraqlı olduğunu bildiribbackend

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstanın enerji şirkətləri Bolqarıstanda Rusiyanın “Lukoil” neft şirkətinə məxsus neft emalı zavodunu almaqda maraqlı ola bilər.

Ötən həftə ABŞ Maliyyə Nazirliyi dekabrın 13-dək “Lukoyl”un xarici əməliyyatlarının satışı ilə bağlı əməliyyatlara icazə verən lisenziya verib.

“Aydındır ki, enerji sektorundakı Macarıstanın təsərrüfat subyektləri bu cür danışıqlarda maraqlı ola və ya bu danışıqlarda iştirak edə bilər”, – deyən nazir Macarıstan hökumətinin enerji sektorunun gücləndirilməsinin onun milli iqtisadi maraqlarına uyğun olduğu üçün belə bir qərarı dəstəkləyəcəyini vurğulayıb.

Szijarto onu da qeyd edib ki, “Lukoyl”un Bolqarıstandakı törəmə müəssisələrinin alınması ilə bağlı danışıqlar başlasa, hakimiyyət orqanları məlumatı gizlətməyəcək.