AP News-un məlumatına görə, Macarıstanda arxeoloqlar təxminən 1700 ildir yerdə qalmış Roma sarkofaqını aşkar ediblər.
Qazıntının aparıcı arxeoloqu Qabriella Fenyes, “Bu tapıntının özəlliyi ondadır ki, o, hermetik şəkildə möhürlənmişdi. Əvvəllər heç bir müdaxilə edilməmişdi, ona görə də toxunulmaz qalmışdır”.
Arxeoloqlar sarkofaqda gənc qadının tam qorunub saxlanmış skeletini, qızıl naxışlı paltarların qalıqlarını və artefaktları aşkar ediblər.
Dəfn məmulatlarına iki bütöv şüşə qab, 140 sikkə, tunc heykəlciklər, kəhrəba zərgərlik məmulatı və saç sancağı daxildir. İndi Budapeşt Tarix Muzeyinin arxeoloqları qadının yaşını və sağlamlığını müəyyən edəcəklər. Hazırda onun şəxsiyyəti də məlum deyil. Qadının zinət əşyalarının olacağı gözlənilən sarkofaqdan torpaq qatı da çıxarılıb.
Fenyesin sözlərinə görə, qadın tam şərəflə dəfn edilib ki, bu da onun yaxınlarının onu çox sevdiyini göstərir, mütəxəssis vurğulayıb.














