Macarıstanın xarici işlər naziri Peter Szijjarto özünün Facebook səhifəsində Qərbdən qaz almaq üçün uzunmüddətli müqavilə imzalayacağını bildirib.
“Nə qədər çox marşrut, nə qədər çox qaz ala bilsək, bir o qədər təhlükəsiz olacağıq. Ona görə də bu gün biz təbii qazın alınması ilə bağlı yeni uzunmüddətli müqavilə imzalayırıq”, – diplomat yazıb.
Szijjarto-nun sözlərinə görə, bu, Macarıstanın Qərbdən təbii qaz almaq üzrə ən uzun müqaviləsi olacaq. Nazir qeyd edib ki, ölkəsi həmişə tədarükün diversifikasiyası üçün səylər göstərib, lakin qısa müddətdə Rusiyanın enerji resurslarını əvəz etmək mümkün olmayacaq.