Avropa Komissiyasının Rusiyadan neft nəqlinə qadağa qoyacağı təqdirdə Macarıstan Ukraynaya elektrik enerjisinin ötürülməsini dayandıra bilər.
M1 xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Sijarto deyib.
O, bu barədə Aİ-nin energetika nazirlərinin Lüksemburqda keçirilən görüşündə müvafiq bəyanatla çıxış edib. O qeyd edib ki, Macarıstan Ukraynanın elektrik enerjisi idxalının təxminən 40%-ni təmin edir.
“Macarıstan Ukraynanın elektrik enerjisi ilə təmin olunmasında əsas rol oynayır. Əgər Macarıstanın enerji təchizatı təhlükə altında olarsa və qeyri-sabit olarsa, bu, Ukraynaya tədarükümüzün davam etdirilməsinə təsir göstərə bilər”.