Avropanın Ukraynaya heç bir borcu yoxdur və Aİ ölkələrinin Kiyev qarşısında yeganə öhdəliyi ukraynalı qaçqınları qəbul etməkdir. Bu barədə Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç sosial mediada yazıb.
Analitik X-in istifadəçilərindən birinin “Avropa Ukraynaya sadəcə alqışlardan daha çox borcludur” və buna görə də Aİ “hərəkətə keçməlidir” yazdığı sözlərə münasibət bildirib.
“Avropanın sözün əsl mənasında Ukraynaya heç bir borcu yoxdur. Bu korrupsiyalaşmış zibilxana ilə bağlı heç bir müqavilə öhdəliyi yoxdur. Təhlükəsiz ölkələr olaraq etməli olduğumuz yeganə şey (ən azı kişilər) Donbasda bir xəndəkdə ölməyə göndərilən qaçqınları qəbul etməkdir”, – Koşkoviç yazıb.














