Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibi Levente Magyar münaqişənin sülh yolu ilə həlli müqabilində Ukraynaya ərazisinin beşdə birindən imtina etməyi təklif edib. Onun sözlərini Telex portalı sitat gətirib.
“Mən Ukraynaya nə edəcəyini söyləmək istəmirəm; sadəcə olaraq deyirəm ki, təcrübəmizə əsaslanaraq, sülh bəzən ağrılı ola bilər”, o deyib.
Magyar Ukraynanın vəziyyətini I Dünya Müharibəsinin sonunda Budapeştin iki variantı olan Macarıstanla müqayisə etdi: “ya silaha sarılmaq, ya da sülh şərtlərinə razı olmaq, hətta bu, ölkə ərazisinin üçdə ikisini itirmək demək olsa belə”.