Ukrayna Rusiya qazının tranzitini dayandırmaqla Avropa iqtisadiyyatını növbəti dəfə çətin vəziyyətə salıb.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın yanvarın 1-dən Rusiyadan Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tranzitini dayandırmaq qərarını şərh edərkən bildirib.
Szijartonun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar o, Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar ilə telefon danışığı aparıb. Müzakirələr zamanı tərəflər razılaşıblar ki, Ukrayna Rusiya qazının Avropaya nəqli marşrutlarının saxlanmasını nəzərdə tutan Aİ ilə Assosiasiya sazişinə əməl etməlidir.
Diplomatın qeyd etdiyi kimi, bu saziş həm də enerji daşıma marşrutlarının qorunub saxlanmasını nəzərdə tutur.