Macarıstan ötən cümə günü Aİ səfirlərinin görüşündə Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım haqqında sənəd layihəsini bloklayıb. Bu barədə “Politico” məlumat yayıb.
Nəşri məlumatına görə, Budapeşt respublika üçün Avropa İttifaqının verə biləcəyi mümkün təhlükəsizlik təminatlarına dair ifadələrin yer aldığı sənəd layihəsini rədd edib. Bundan əlavə, mətndə Ukraynaya yeni hərbi yardım paketindən bəhs edilib, Macarıstan da bunu rədd edib.
Bundan əvvəl məlum olub ki, İtaliya, Portuqaliya, İspaniya və Macarıstan Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 20 milyard avroluq yardımın verilməsinə qarşı çıxıblar.