Macarıstan və Serbiya arasında neft kəmərinin tikintisinin texniki-iqtisadi əsaslandırılması tamamlanıb.
Bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijjarto Facebook sosial şəbəkəsində bildirib.
Neft kəməri Macarıstan və Serbiyanın neft kəməri sistemlərini birləşdirəcək. Nazirin sözlərinə görə, bu investisiya təxminən üç il çəkəcək.
Macarıstan və Serbiya arasında neft kəmərinin tikintisi 2026-cı ilə qədər başa çatdırılmalıdır. Yeni xətt Drujba neft kəmərinə birləşdiriləcək və Serbiyaya neft tədarükünü diversifikasiya etməyə və Xorvatiyadan asılı olmamağa imkan verəcək.