Macarıstan və Slovakiya Polşanın hazırladığı demokratiyanın gücləndirilməsi ilə bağlı bəyannamənin Avropa İttifaqı dövlətləri tərəfindən qəbul edilməsinə mane olub.
Bu barədə Macarıstanın MTI xəbər agentliyi məlumat yayıb.
Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boçka Brüsseldə jurnalistlərə açıqlamasında bildirib ki, Budapeşt və Bratislava Varşavanın Avropada demokratik davamlılığın gücləndirilməsi ilə bağlı irəli sürdüyü bəyannaməni dəstəkləmir. Onun sözlərinə görə, sənəd konstitusiya təsisatlarının və vətəndaş təşkilatlarının mövqelərini korlayır, demokratik cəmiyyətdə siyasi partiyaların və vətəndaş təşkilatlarının rolunu aşağılayır.