Macarıstanın hakim Fides-Macar Vətəndaş Birliyi partiyası hökumətə Aİ ianələri və ya qrantları da daxil olmaqla, hər hansı xaricdən maliyyə alan təşkilatları izləmək, cəzalandırmaq və potensial olaraq qadağan etmək imkanı verən qanun layihəsi üzrə planlaşdırılan səsverməni təxirə salıb.
Bu barədə The Guardian xəbər verir.
Nəşr vurğulayır ki, qanunla bağlı səsvermə iyunun ortalarında keçirilməli idi. Layihənin tənqidçiləri bunu Rusiyanın xarici agentlər haqqında qanunu ilə müqayisə edirlər. Parlamentdə səslərin üçdə ikisindən çoxunun FİDES tərəfdarlarına məxsus olması səbəbindən onun qəbul ediləcəyi gözlənilirdi.
Partiyanın parlamentdəki lideri Mate Koçiş bildirib ki, layihə ilə bağlı Macarıstan hökumətinə bir neçə təklif daxil olduğu üçün qanunla bağlı səsvermə payıza qədər təxirə salınacaq.