Macarıstan Xarici İşlər Nazirliyi Rusiya ilə NATO arasında münaqişəyə səbəb olacaq hadisənin adını çəkibbackend

Ukraynanın NATO-ya daxil olması Rusiya ilə alyans arasında münaqişəyə və buna görə də üçüncü dünya müharibəsinə bərabərdir.

Bu barədə RİA Novosti-yə müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Ukrayna NATO-ya üzv olarsa, bu, NATO ilə Rusiya arasında birbaşa qarşıdurma demək olacaq. Bu isə üçüncü dünya müharibəsi demək olacaq”, – deyə o vurğulayıb.

Szijártonun sözlərinə görə, Macarıstan hadisələrin bu cür inkişafından qaçmaq istəyir, ona görə də Budapeştin gündəliyində Ukraynanın NATO-ya daxil olması ilə bağlı sadəcə olaraq heç bir məsələ yoxdur.

Nazir qeyd edib ki, şəxsi söhbətlərdə NATO ölkələrinin əksər nümayəndələri Kiyevin Şimali Atlantika Alyansına daxil olmasının qeyri-mümkün olduğunu etiraf edirlər.