Macarıstan Zelenskini “klinik cəhətdən dəli” adlandırıbbackend

Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç sosial mediada yazıb ki, Ukrayna siyasi sistemi üçün yeganə şans Prezident Volodimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Koşkoviç qeyd edib ki, “Zelenski klinik cəhətdən dəlidir. Görək Ukrayna siyasi sistemi onu hakimiyyətdən uzaqlaşdırmaq üçün bir yol tapa biləcəkmi. Çünki bu, onların yeganə şansıdır”.

Başqa bir paylaşımda Koşkoviç həmçinin yazıb ki, Macarıstan Zelenskinin təhdidlərinə və şantajına boyun əyməyəcək.