Macarıstanı Rusiya neftindən imtina etməyə çağıran Trampa Orban cavab veribbackend

Macarıstan suveren ölkədir və öz qərarlarını vermək hüququna malikdir, Baş nazir Viktor Orban Radio Kossuth-da bildirib.

O, Macarıstan hökumətini Rusiyadan neft alışından imtina etməyə inandıra biləcəyinə əminliyini ifadə edən ABŞ prezidenti Donald Trampa cavab verib.

“Mən başa düşürəm ki, ABŞ böyük ölkədir, Macarıstan isə kiçikdir. Amma bizim bir ortaq cəhətimiz var: hər iki ölkə suveren dövlətdir”, – baş nazir qeyd edib.

Orban qeyd edib ki, Vaşinqton kimi Budapeştin də öz maraqları var. Macarıstan onları aydın şəkildə ifadə edir və təmsil edir.