Macarıstanın baş naziri Viktor Orban “rusların ancaq güc dilini başa düşdüklərini” və Avropanın da eyni mövqedən danışıqlar aparmalı olduğunu, lakin hazırda zəifliyinə görə bunu edə bilməyəcəyini bildirib. Onun sözlərini Fransanın LCI telekanalı sitat gətirir.
“İnanıram ki, ruslar yalnız güc dilini başa düşür və Avropa güclü olmalıdır. Danışıqlar güclü mövqedən aparılmalıdır. Təəssüf ki, biz indi zəifik, ona görə də amerikalılara ehtiyacımız var. Lakin uzunmüddətli perspektivdə Avropa daha güclü çıxmalıdır. Rusiya ilə strateji razılaşma lazımdır, lakin buna yalnız güclü Avropa nail ola bilər”, – Orban deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya lideri Vladimir Putin haqqında deyil, özü haqqında düşünməlidir. O xatırladıb ki, qitənin öz maraqları var. Orban həmçinin “həm Rusiyaya, həm də ona qarşı” güclü olmağa çağırıb.