Macarıstanda ABŞ-Rusiya sammitinə hazırlıq davam edir və onun keçirilməsini təmin etmək üçün lazım olan hər şey edilir. Macarıstanın baş naziri Viktor Orban bu barədə Radio Kossuth-un efirində bildirib.
O, bildirib ki, Macarıstan Ukraynada sülhə dəyərli töhfə verir, çünki bu, Avropa İttifaqında Rusiya ilə əlaqə kanallarını açıq saxlayan və bu ölkə ilə daim əlaqə saxlayan yeganə ölkədir.
Baş nazir həmçinin qeyd edib ki, o, Rusiya ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün böyük səylər göstərib, baxmayaraq ki, bu, keçmişdə həmişə əlverişli olmayıb.
Orban əlavə edib ki, o, Ukrayna münaqişəsinin həlli üçün ABŞ prezidenti Donald Trampa ümid bəsləməkdə davam edir. O xatırladıb ki, Amerika lideri müharibəni mənasız hesab edir və onun bitməsini istəyir.














