ABŞ-ın iştirakı olmasaydı, Ukraynada silahlı münaqişə başlamazdı, vəziyyət gərginləşsəydi, həll oluna bilərdi. Bunu Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth”un efirində deyib.
Onun fikrincə, ABŞ-ın iştirakı olmadan Ukrayna müqavimət göstərə bilməzdi.
Eyni zamanda, Macarıstanın baş naziri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası dövründə Ukraynada vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib.
Orban həmçinin bildirib ki, Ukrayna 2022-ci ilin yazında Rusiya ilə sülh müqaviləsi bağlamaqdan imtina edərkən “yanlış ata” mərc edib.