Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyi vasitəsilə Ukraynaya maliyyələşdirməni dayandırmaqla hədələyib.
O, bunu özünün X sosial media səhifəsində yazıb.
Orban bildirib ki, Ukrayna Macarıstanı Aİ üzvlüyünə əsas maneələrdən biri kimi görür və bu təsiri aradan qaldırmağa çalışır.
“Ukrayna bizi özləri ilə Aİ üzvlüyü arasında duran bir maneə kimi görür. Onlar bizi öz yollarından uzaqlaşdırmaq istəyirlər”, – deyə Macarıstanın Baş naziri yazıb.
Orban əlavə edib ki, Budapeşt Macarıstan xalqının maraqlarının birinci yerdə olduğu vətənpərvərlik kursuna sadiq qalmağa davam edəcək.















