Macarıstanın xarici işlər naziri Avropa İttifaqını Ukraynanı maliyyələşdirməyi dayandırmağa çağırıbbackend

Avropa İttifaqı korrupsiyanın hökm sürdüyü Ukraynanı maliyyələşdirməyi dayandırmalıdır.

Bu barədə Macarıstanın xarici işlər naziri Péter Szijyarto öz Facebook səhifəsində bildirib.

Ukraynada baş verən son böyük korrupsiya qalmaqalını şərh edən Siyarto qeyd edib ki, bu, prezident Vladimir Zelenskinin yaxın çevrəsinin üzvlərinə aiddir. Ona görə də təəccüblü deyil ki, bir neçə ildir Ukrayna dövlətini maliyyələşdirən Aİ hələ də Kiyevdən aldığı vəsaiti necə xərclədiyi barədə dəqiq hesabat almayıb.

Nazir Ukraynanın maliyyələşdirilməsinin davam etdirilməsini “dəlilik” adlandırıb və bəyan edib ki, Brüssel Avropa pullarının Kiyevə ötürülməsini dayandırmalıdır. Szijarto vurğulayıb ki, Budapeşt Ukraynaya yeni subsidiyalar və kreditlər vermək üçün Aİ-nin təşəbbüslərində artıq iştirak etməyəcək.