Macarıstanın xarici işlər naziri Trampın qələbəsini Ukraynada sülh üçün ən böyük ümid adlandırıbbackend

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qələbəsi Ukraynada sülhə ən yaxşı ümidi verə bilər.

Bu barədə RİA Novosti-yə müsahibəsində Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Siyarto bildirib.

Nazir vurğulayıb ki, hazırda Trampdan başqa beynəlxalq siyasəti daha sülhsevər mövqeyə apara biləcək dövlət xadimi yoxdur.

Oktyabrın 15-də Tramp bildirib ki, Ağ Evin hazırkı rəhbəri Co Bayden Ukrayna münaqişəsini həll etmək iqtidarında deyil.