Macarıstanın xarici işlər naziri Ukraynanı Trampın sülh planını qəbul etməyə çağırıbbackend

Macarıstanın xarici işlər naziri Peter Sijjarto özünün X sosial media səhifəsində ABŞ prezidenti Donald Trampın 28 bəndlik sülh planının Ukraynadakı münaqişəyə son qoymağa kömək edəcəyini bildirib.

Diplomat yazıb: “28 bəndlik sülh planı Ukraynadakı müharibəyə son qoymaq üçün vacib bir şansdır və hər bir Avropa siyasətçisi onu tam və qeyd-şərtsiz dəstəkləməyə borcludur”.