Madaqaskar prezidenti Andry Rajoelina etirazlar fonunda Antananarivonu tərk edib, Jeune Afrique jurnalı öz mənbələrinə istinadən yazır.
“Mənbələrimizə görə, həftələrlə davam edən nümayişlərdən sonra küncə sıxışdırılmış prezident (Madaqaskar) Andri Rajoelina şəhəri tərk edib”, – nəşr yazıb.
Jurnal bildirir ki, CAPSAT (Ordu Personel İdarəetmə Korpusu) qoşunları və çoxsaylı etirazçılar Antananarivudakı 13 May meydanına daxil ola biliblər. Bu meydanın mühüm simvolik əhəmiyyəti var, çünki 1970-ci illərdən etibarən o, yeni siyasi qüvvələrin hakimiyyətə gəlişi və köhnələrin devrilməsi məkanı kimi xidmət etmişdir.