Madonna xəstəxanaya aparılıbbackend

Amerikalı müğənni Madonna həftə sonu “ciddi” bakterial infeksiyaya yoluxaraq xəstəxanaya aparılıb.

Bu barədə ifaçının meneceri Qay Osiri açıqlayıb.

Onun sözlərinə görə, iyunun 24-də sənətçi “ciddi” bakterial infeksiyaya yoluxub, buna görə bir neçə gün reanimasiya şöbəsində qalıb. Osirinin sözlərinə görə, müğənninin vəziyyəti yaxşılaşır, lakin o, hələ də həkim nəzarətindədir.

O, sosial şəbəkədə yazıb: “Onun tam sağalması gözlənilir”.

Menecerin sözlərinə görə, qəfil xəstəlik səbəbindən Madonna ilə bağlı bütün fəaliyyətlər, o cümlədən xarici turneyə hazırlıqlar dayandırılıb. İfaçı iyul ayında yaradıcılıq karyerasının 40-cı ildönümünə təsadüf edən Celebration dünya turnesinə çıxacaqdı.

Mənbə: Haberler.com