Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın təzyiqi ilə bir yerdə yatmır və tez-tez telefon nömrələrini dəyişir, The New York Times mənbələrə istinadən yazır.
“Mənbələrin bildirdiyinə görə, Maduro tez-tez yataq otağını və mobil telefonlarını dəyişdirərək özünü potensial hədəf zərbəsindən və ya xüsusi təyinatlıların basqınından qorumağa çalışır. Sentyabr ayından bu ehtiyat tədbirləri daha da gücləndirilib”, – qəzet yazır.
Qəzetin mənbələri ABŞ-la Maduronun devrilməsi ilə bağlı danışıqların fonunda Venesuela prezidentinin yaxın çevrəsində “gərginlik və təşviş” mühitinin olduğunu bildirib.














