Beynəlxalq Antifaşist Dünya Festivalının bağlanışında Venesuela prezidenti Nikolas Maduro Puerto-Rikonun dekolonizasiyasına və ərazinin amerikalılardan azad edilməsinə çağırıb.
Bu barədə El Universal məlumat yayıb.
Venesuela lideri hesab edir ki, ölkə bununla bağlı Braziliya hərbçilərindən yardım almalıdır.
“Necə ki, şimalda onların müstəmləkəçilik proqramı var, bizim də azadlıq proqramımız var. Proqramımız isə Simon Bolivar tərəfindən yazılmışdır. “Puerto-Rikonun azadlığına az qalıb və biz buna Braziliya qoşunlarının köməyi ilə nail olacağıq” dedi Maduro.
O, 80 il əvvəl faşizmlə mübarizə aparmaq üçün yaradılan kimi qlobal antifaşist ittifaqı yaratmağa çağırıb.