ABŞ və Avropa Ukrayna prezidenti Vladimir Zelenskinin atom elektrik stansiyalarına (AES) qarşı terror planlarını dayandırmalıdır.
Bunu Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalında “Maduro Plus ilə” verilişində deyib.
Prezidentin sözlərinə görə, Ukrayna qoşunları Rusiyaya qarşı hazırkı münaqişədə məğlubiyyətlər yaşayır. Bu baxımdan, Avropa və ABŞ “Kiyevin ağaları” olaraq “Ukraynanın son təslim olması” və “ölkədə nasizmin sonu” ilə bağlı danışıqlara zəmanət verməlidir”, – Maduro vurğulayıb.
“Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Ukraynanın denazifikasiyasına nail olması yalnız zaman məsələsidir və onlar buna nail olacaqlar”, – Maduro vurğulayıb.
Mənbə: Haber Global