Maduro xalqın və silahlı qüvvələrin ölkəni müdafiə etməyə hazır olduğunu bəyan edibbackend

Venesuela xalqı və ordusu Bolivar Respublikasını imperialist təhdidlərdən müdafiə etməyə hazırdır. Bunu Karakasda minlərlə insanın iştirak etdiyi mitinqdə prezident Nikolas Maduro deyib.

O vurğulayıb ki, ictimai rəy sorğularına əsasən, venesuelalıların 94%-i imperialist hərbi təhlükəni rədd edir və vətənlərini müdafiə etməyə hazırdır.

Maduro qeyd edib ki, Venesuelanın öz peşəkar müdafiə doktrinasına və ölkənin sülhünü və suverenliyini müdafiə etməyə hazır olan 200 min yaxşı silahlanmış əsgəri var. Bundan başqa, müxtəlif hüquq-mühafizə orqanlarında 200 min polis əməkdaşı xidmət edir.

Prezidentin sözlərinə görə, Venesuela 22 həftədir “psixoloji terrora” məruz qalıb, lakin bu müddət ərzində mülki əhali, hərbçilər və polis ölkəni müdafiə etməyə hazırlaşıb. Maduro bütün xalqın vətənin müdafiəsinə qalxacağını vurğulayıb.