Maersk Qırmızı dənizdə gəmiçilik fəaliyyətini bərpa etməyi planlaşdırırbackend

Dəniz yük daşımalarında ixtisaslaşan Danimarka şirkəti Maersk, Yəmən husilərinin bölgədəki gəmilərə hücumları səbəbindən dayandırılmış Qırmızı dəniz vasitəsilə çatdırılmalarını bərpa etməyi planlaşdırır. Bu barədə Axios portalı məlumat yayıb.

Şirkət bu qərarı dekabrın 24-də ABŞ-ın rəhbərliyi altında bölgəyə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsindən sonra elan edib.

Maersk müştərilərə göndərdiyi mesajda qeyd edib ki, “bölgədə ümumi risk aradan qaldırılmayıb”. Bu səbəbdən əlavə təhlükəsizlik problemləri yaranarsa, şirkət yenidən “yönləndirmə planlarına başlaya” bilər.

Mənbə: TASS