Magistral kəmərlərlə nəql etdiyimiz neftin həcmi artıbbackend

Yanvar-fevral aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 4,3 faiz artaraq 6 milyon 307,7 min ton təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmərlə neft nəqli iki faiz artaraq 4 milyon 725,1 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,2 faizini və ya 3 882,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17,8 faizini və ya 842,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.