Magistraturaya qəbul imtahanına sənəd verənlərin sayı açıqlanıbbackend

Magistraturaya qəbul imtahanında iştirak etmək üçün 22 777 bakalavr sənəd verib.

Oxu.Az-ın Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla xəbər verir ki, Azərbaycan bölməsi üzrə 20 786 nəfər qeydiyyatdan keçib.

Rus bölməsi üzrə qeydiyyatdan keçənlərin sayı isə 1 991 nəfərdir.