Terror aktları zamanı xəsarət alan 16 nəfər Mahaçqala Respublika Klinik Xəstəxanasına müalicə üçün qəbul edilib. Bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva özünün Telegram-kanalında məlumat verib.
“16 nəfər Mahaçqala Regional Klinik Xəstəxanasına çatdırılıb. 13 polis və üç mülki şəxs yaralanıb”, – Qariyeva yazıb.
Bundan əvvəl Mahaçqala şəhərinin meri Yusup Umavov terror aktından sonra xəstəxanaya çatdırılan zərərçəkənlərin əməliyyat olunduğunu və həkimlərin daimi nəzarətində olduqlarını bildirib.
Mənbə: RİA Novosti












