Mahir Emreli bu müddət ərzində yaşıl meydanlardan kənarda qalacaqbackend

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

“Report”un əldə etdiyi məlumata görə, “Roqaşka”ya 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçında xəsarət alan 26 yaşlı hücumçunun əzələsində problem aşkarlanmayıb.

Ultrasəs müayinəsinə əsasən, forvard diz bağlarındakı zədəyə görə 6-8 həftəlik müalicə almalı olacaq.

Emreli sabah Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcək.

Qeyd edək ki, 2022-ci ildən Zaqreb təmsilçisində çıxış edən Mahir Emrelinin klubla müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.