Mahir Emrelidən Milli Qəhrəman ilə bağlı paylaşım – Fotolarbackend

Futbol üzrə Azərbaycan Millisinin və Ağdamın “Qarabağ” Futbol Klubunun üzvü Mahir Emreli Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi; Qarabağ Ağdam klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Bağırov ilə bağlı paylaşım edib. 

İctimai.az xəbər verir ki, Mahir Emreli bu barədə öz İnstaqram səhifəsində paylaşım edib. Üzərində Milli Qəhrəmanın fotosu olan futbolkada çəkdiyi şəkilləri paylaşan futbolçu bunları qeyd edib:

“Nurlar içində yat BÖYÜK KAPİTAN!”

#Allahverdibağırovunəsgərləriyik

Paylaşım qısa müddət ərzində sosial media istifadəçiləri tərəfindən bəyənilib.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov 14 iyun 1992-ci ildə Ağdamda döyüşlər zamanı şəhid olub.

İctimai.az